u gün Polşada Azərbaycanın əsas və aparıcı diaspor təşkilatı olan “Polşada Azərbaycanlı Gənclər Şurasının” (Azerbaijani Youth Council in Poland ) 22 iyul Milli Mətbuat Günü ilə əlaqədar olaraq Bakıda Azərbaycan jurnalistləri ilə görüşü keçirilib.
Tədbirdə ölkənin aparıcı media qurumlarından, KİV-dən ( Televiziya, radio, qəzet, agentlik, sayt və s.) jurnalistlər, ictimaiyyət nümayəndələri, AMEA-nın diaspora sahəsi üzrə araşdırmaçı mütəxəssisi və digər qonaqlar iştirak ediblər.
Milli Mətbuat Günü münasibəti ilə keçirilən tədbirdə “Polşada Azərbaycanlı Gənclər Şurası” (Azerbaijani Youth Council in Poland ) jurnalistlərlə görüş zamanı diaspora təşkilatı Bakıda Azərbaycan jurnalistləri ilə daha yaxından tanış olub. Tədbirdə “Polşada Azərbaycanlı Gənclər Şurasının” (Azerbaijani Youth Council in Poland ) sədri Nail Əhməd, , AMEA-nın diaspora sahəsi üzrə araşdırmaçı mütəxəssisi Yəhya Babanlı çıxış edərək Azərbaycan jurnalistlərini Milli Mtbuat Günü münasibət ilə təbrik ediblər. Çıxış edənlər Polşada Azərbaycan diasporunun fəaliyyətindən, ölkənni lobbiçik və həmrəylik işinə verdiyi töhfəsini vurğulayıblar. Tədbir iştirakçıları Polşada Azərbaycanlı Gənclər Şurasının bundan sonara Azərbaycan mətbuatı və jurnalistləri ilə daha da yaxından işləyəcəklrini arzu ediblər. Sonda tədbirə gələn jurnalistlərə Mətbuat Gününün 141-ci ili münasibəti ilə hədiyyələr verilib , xatirə şəkili çəkilib.









