RU
Polşadan azərbaycanlıların təxliyəsi üçün daha iki çarter reysi təşkil olunacaq
10:34
124

Polşadan azərbaycanlıların təxliyəsi üçün daha iki çarter reysi təşkil olunacaq

Ukraynadan Polşaya keçən daha 400-ə qədər Azərbaycan vətəndaşı bu gün axşam saatlarında iki çarter reysi ilə Katovitse şəhərindən Bakıya yola salınacaq.

Bunu APA-ya açıqlamasında hazırda Varşavada olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bildirib.
S. Adıgözəlli deyib ki, bu gün yerli vaxtla saat 01.00 radələrində Varşavada 400-ə qədər Azərbaycan vətəndaşı avtobuslarla Katovitse şəhərinə yola salınacaq: "Artıq dünəndən bu gün axşam saatlarında təşkil olunacaq iki çarter reysi ilə bağlı Varşavadakı azərbaycanlıların qeydiyyatı aparılıb”.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ