7NEWS.az xəbər verir ki, Rusiyada qiyam qaldırmış Vaqner qruplaşmasının üzvlərinin Belarusa göndərilməsi qərarı Polşada təhlükəsizliklə bağlı narahatlıqlara səbəb olub. Polşa Milli Təhlükəsizlik və Müdafiə İşləri Nazirləri Komitəsinin Vaqner gündəliyi ilə bir araya gələn iclasında şərq sərhədinin gücləndirilməsi qərara alınıb. Polşa Baş nazirinin müavini, Milli Təhlükəsizlik və Müdafiə İşləri üzrə Nazirlər Komitəsinin sədri Yaroslav Kaçinski müdafiə naziri Mariuş Blaşçak ilə görüşdən sonra açıqlamalar verib.
7NEWS.az








