Polşa Sosial Təminat Qurumunun (ZUS) dərc etdiyi hesabatda göstərilirdi ki, əmək qabiliyyətli əhalinin pensiyaçılara nisbətini qorumaq üçün ölkənin 10 il ərzində təxminən 2 milyon miqrant əməyinə ehtiyacı var.
7NEWS.az xəbər verir ki, NFP internet saytının ZUS-un hesabatına əsaslanaraq Polşada nəşr etdiyi xəbərə görə, son illərdə Polşada sığorta sistemində qeydiyyatdan keçən xarici milli mühacirlərin sayında əhəmiyyətli artım müşahidə olunub. Məlumata görə, sistemdə qeydiyyatda olan əcnəbilərin sayı 2009-2014-cü illərdə 59 min 300 nəfər artdığı halda, 2015-2022-ci illərdə bu artım 938 min 900 nəfər olub.
7NEWS.az








