RU
Pompeo: ABŞ Əfqanıstanı tərk etməyəcək
10:20
272

Pompeo: ABŞ Əfqanıstanı tərk etməyəcək

ABŞ-ın Cənubi Asiyadakı strategiyası uğurla həyata keçir və Birləşmiş Ştatlar ordusunu Əfqanıstandan çıxarmaq niyyətində deyil.

7news.Az "RİA Novosti”yə istinadla xəbər verir ki, belə bir bəyanatla Kabildə ABŞ-ın dövlət katibi Mayk Pompeo çıxış edib.

"Bizim strategiya "Taliban”a aşkar işarə verdi: burdan gedəcəyimizi gözləməyinə dəyməz.

Biz artıq döyüş meydanında nəticələri görürük: "Taliban”ın hərbi fəallığı səngiyir və sülhə doğru hərəkət güclənir”, - Pompeo deyib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ