RU
Pompeydə yataq otağından qədim erotik rəsm tapıldı - FOTO
15:30
2272

Pompeydə yataq otağından qədim erotik rəsm tapıldı - FOTO

Pompey arxeoloqları ötən gün qədim tarixə malik erotik təsvir tapıblar.

7News.Az New York Post-a istinadla xəbər verir ki, indiki Neapol şəhərinin yaxınlığında tapılan divarda çəkilən rəsmdə qədim yunan mifi "Leda və Qu quşu" əks olunub.

Əfsanəyə görə yunan allahı Zevs qu quşu qılığına girərək Leda ilə intim münasibətdə olub və onların övladları dünyaya gəlib.

 

Həmin mifin təsvir olunduğu əsər əsrlərdir küllərin altında qalıb.

Qeyd edək ki, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində Pompey şəhəri sakinləri ilə birlikdə vulkan külünün və lavanın altında qalıb məhv olub. 1713-cü ildə təsadüfən bu şəhərin qalıqlırı aşkar edilib və arxeoloqlar tərəfindən şəhər, demək olar ki, qalın vulkan külündən tamamilə təmizlənib. Zəhərli qaz və isti külün təsiri ilə məhv olmuş canlıların qalıqları indiyədək qalmaqdadır. Hazırda Pompey şəhəri açıq hava altında qədim dövrün muzeyinə çevrilib.

Pompeydə yataq otağından qədim erotik rəsm tapıldı - FOTO

Pompeydə yataq otağından qədim erotik rəsm tapıldı - FOTO

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ