Mixail Saakaşvili öz partiyasını yaradıb, Ukrayna siyasətində özünü göstərmək istəyir.
7News.az xəbər verir ki, bunu "RİA-Novosti” agentliyinə açıqlamasında Pyotr Poroşenko Blokunun sədr müavini Aleksey Qonçarenko söyləyib.
Onun sözlərinə görə, Saakaşvili Gürcüstan məğlubiyyətindən sonra Ukraynada özünə yer tutmaq istəyir:
"Saakaşvili bir gün belə qubernator işləməyib. O, Gürcüstanın xalq artistidir və Ukraynada özünü həmişə siyasətçi kimi aparıb”.
Qeyd edək ki, az öncə Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verdiyini açıqlayıb.
7News.az








