Ukrayna prezidenti Petro Poroşenko 2020-ci ilin yanvarın 1-dən deputat toxunulmazlığının ləğv edilməsi üçün Ali Radaya müraciət edib.
Prezident bununla bağlı parlamentə qanun layihəsi təqdim edib. Əgər layihə qəbul edilərsə, deputatları cinayət məsuliyyətinə cəlb etmək üçün Ali Radanın razılığını almağa ehtiyac qalmayacaq.
Qeyd edək ki, bu gün Kiyevin mərkəzində minlərlə insanın iştirakı ilə Ali Rada qarşısında etiraz aksiyası keçirilir. Onlar deputat toxunulmazlığının ləğvini tələb edirlər. /qafqazinfo
7news.Az








