RU
Poroşenko əcnəbini baş nazir gətirir
00:48
831

Poroşenko əcnəbini baş nazir gətirir

İsveçin keçmiş xarici işlər naziri Karl Bildt Ukrayna hökumətinə rəhbərlik edə bilər.

Ukraynanın Baş naziri Arseni Yaçenyukun postuna “vaxtı ilə Ukraynanı çox yaxşı öyrənib indi işsiz qalan siyasətçi” keçə bilər.

Verilən məlumata görə, Ukrayna Prezidenti Pyotr Poroşenko artıq bu mövzunu ciddi müzakirəyə çıxarıb.

Xatırladaq ki, Karl Bildt 1991 – 1993-cü illərdə İsveçin baş naziri, 2006–2014-cü illərdə isə İsveçin xarici işlər naziri kimi fəaliyyət göstərib./axar

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ