Türkiyədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ukraynalı həmkarı Puoytr Poroşenko ilə görüşüb.
7News.Az Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, görüş İstanbulda keçirilən Ümumdünya Humanitar Sammiti çərçivəsində baş tutub.
Görüş zamanı Ukrayna prezidentinin Bakıya səfərinin hazırlıqları müzakirə olunub.
Ölkə başçıları, həmçinin yaxın vaxtlarda ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna dövlətlərarası komissiyasının iclasının keçirilməsinə dair razılıq əldə ediblər.








