RU
Poroşenko hesab edir ki, Ərdoğan Rusiyadan üzr istəməyib
12:10
976

Poroşenko hesab edir ki, Ərdoğan Rusiyadan üzr istəməyib

7news.Az Unian agentliyinə istinadən xəbər verir ki, Ukrayna prezidenti Petro Poroşenkonun fikrincə Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə ünvnladığı məktubda ötən ilin noyabrında Suriyada vurulmuş SU-24 təyyarəsinə görə üzr istəməyib.

Poroşenko qeyd edib ki, Ərdoğan öz məktubunda ölən pilotun ailəsinə başsağlığı verib və üzüldüyünü ifadə edib.

"Mən məktubun mətni ilə tanış oldum, məktubda əsasən ölən pilotun ailəsinə basağlığı verilir və hadisəyə görə dövlət başçısının üzüldüyü bildirilir. Mənə belə gəlir ki, bu Türkiyə pezidentinin mütləq mövqeyidir",- deyə Ukrayna prezidenti qeyd edib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ