Ukrayna prezidenti Petro Poroşenko Donbassda vəziyyət pisləşdiyinə görə Almaniyaya rəsmi səfərini təxirə salıb.
Bu barədə prezidentin mətbuat katibi Svyatoslav Çeqolko bildirib.
Onun sözlərinə görə, Donetskin Avdeyevka şəhərində baş vermiş atışma humanitar fəlakətlə nəticələnib: "Avdeyevka atışma nəticəsində elektrik enerjisiz və susuz qalıb. Sakinlər -18 dərəcə soyuqda, istilik olmadan yaşamaq məcburiyyətində qalıblar”./qafqazinfo
7news.Az








