Ukrayna hərbi texnika almaq üçün Azərbaycana müraciət edib.
Onun sözlərinə görə, Azərbaycan və Ukrayna hərbi-texniki əməkdaşlığı genişləndirmə məsələlərini müzakirə etmək niyyətindədir.
"Hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası tezliklə keçiriləcək. Bakıya böyük nümayəndə heyəti gələcək. Hərbi-texniki sferada Azərbaycanla dərin əməkdaşlıq etmək niyyətindəyik”, - deyə səfir bildirib.
O, 1990-cı illərdə Ukraynanın Azərbaycana hərbi yardımlar etdiyini xatırladıb.
A.Mişenko qeyd edib ki, Azərbaycan və Ukrayna münasibətlərində hərbi-texniki sferada əməkdaşlıq həmişə prioritet olub.
Səfir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə Ukraynaya səfəri planlaşdırılıb.//publika.az
7News.az








