RU
Poroşenko Ukraynada “İlin siyasətçisi” seçildi - Siyahı
22:25
280

Poroşenko Ukraynada “İlin siyasətçisi” seçildi - Siyahı

Ukrayna əhalisinin 9,5 %-i prezident Petro Poroşenkonu "2016-cı ilin siyasətçisi” hesab edir.

Bu barədə "Demokratik təşəbbüs” fondunun keçirdiyi sorğuda vurğulanıb.

Sorğuda iştirak edənlərin 8%-i baş nazir Vladimir Qroysmanı, 7%-i Ali Radanın millət vəkili Nadejda Savçenkonu, 6%-i "Radikal” partiyasının lideri Oleq Lyaşkonu, 5%-i "Batkivşina” partiyasının rəhbəri Yuliya Timoşenkonu, 4,5%-i isə Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilini dəstəkləyib.

"Vətəndaşların 40%-i heç bir namizədin adını çəkməyib”, - fonddan bildirilib.

Qeyd edək ki, sorğuda 18 yaşdan yuxarı 2018 respondent iştirak edib./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ