RU
Poroşenkodan Prezident Administrasiyasına yeni rəhbər
21:30
619

Poroşenkodan Prezident Administrasiyasına yeni rəhbər

Ukrayna prezidenti Pyotr Poroşenko Xarkov Vilayət Dövlət Administrasiyasının sədri İqor Raynini Prezident Administrasiyasının rəhbəri təyin edib.

Bu barədə Poroşenko Milli İslahatlar Şurasının iclasında bildirib.

Boris Lojkin isə Milli İnvestisiya Şurasının sədri təyin olunub.

Qeyd edək ki, İqor Raynin 2015-ci il fevralın 3-dən Xarkov Vilayət Dövlət Administrasiyasının sədri işləyib./qafqazinfo

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ