İspaniyanın cənub sahili Kosta del Solda – Esteponada Avropanın ən gözəl kurortları və dəbdəbəli villaları yerləşir.
7News.az xəbər verir ki, bu villaların sahibləri Hollivud aktyorları, idman ulduzları və ya siyasi elita nümayəndələridir.
Ancaq bu daşınmaz əmlak sahibləri arasında bir dövlət başçısı da var. Araşdırmaya görə, bu, Ukrayna Prezidenti Pyotr Poroşenkodur.
Məlumata görə, Poroşenkonun bir vaxtlar biznes tərəfdaşı, indi isə Poroşenko blokunun sədr müavini olan İqor Kononenkonun və Ukraynanın Milli Təhlükəsizlik Şurasının katib müavini Oleq Xladkovskinin bu İspaniya mülkləri gizli saxlanılsa da, indi məlum olur ki, onların hər birinin İspaniya sahillərində villası var, Kononenkonun isə bundan başqa, torpaq sahəsi də var.
Oktyabrın 30-da Ukrayna məmurları gəlir bəyannamələrini açıqlayanda bu mülklər həmin sənəddə yer almayıb.
Əldə olunan sənədlərə görə, Poroşenkonun Feruvita S.L. adı ilə qeyddiyyatdan keçmiş villası Estepona sahilillərindədir. Prezident bu villanı 2008-ci ildə Ukrayna Milli Bankının Şurasının sədri olanda alıb. Maliyyə sənədlərinə görə, 1254 kv metr sahəsi olan ikimərtəbəli villanın qiyməti 4 milyon avro dəyərindədir.
Poroşenkonun ofsindən dərc olunan araşdırmaya münasibət bildirilib. Qeyd olunub ki, Poroşenkonun sahibi olduğu fabriklər, dükanlar, inzibati tikililər və binalar, bütün bunların hamısı korrupsiyanın qarşısının alınması haqda qanuna uyun olaraq onun bəynanaməsində əks olunub. Poroşenkonun ofisi faktiki olaraq bu villanın prezidentə yox, onun şirkətinə məxsus olduğunu təsdiq edib.
7News.az








