Bakıda məşhur yaşayış kompleksində yanğın baş verib.
7news.Az FHN-ə istinadən verdiyi xəbərə görə, Səbail rayonunda yerləşən "Port Baku” yaşayış kompleksindəki mənzildə yanğın olması barədə məlumat daxil olub. Nazirliyin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
Yanğın söndürülüb.
7news.Az







