RU
11:31
839

"Portu"nun hücumçusu "Beşiktaş"da

"Beşiktaş" heyətini gücləndirməyə davam edir.

7News.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Portu"nun hücumçusu Vensan Abubakar bu mövsümün sonuna kimi icarə əsasında İstanbul klubunda çıxış edəcək.

İcarə haqqı olaraq "Beşiktaş" "Portu"ya 2 milyon 500 min avro ödəyəcək.  Kamerunlu hücumçuya isə 3.3 milyon avro maaş veriləcək.

Qeyd edək ki, V.Abubakar ötən mövsüm "Portu"da 42 oyuna 18 qol vurub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ