RU
Portuqaliya — ÇEMPİON!
09:31
4740

Portuqaliya — ÇEMPİON!

Fransada keçirilən “Avro-2016”nın qalibi məlum olub.

7News.az-ın məlumatına görə, bununla da iyunun 10-da start götürən qitə birinciliyi sona çatıb.

Həlledici oyunda meydan sahibləri ilə Portuqaliya millisi üz-üzə gəlib. Bu mərhələyə qədər məğlub olmayan komandaların oyunu maraqla gözlənilirdi.

Görüşün əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtın 109-cu dəqiqəsində Ederin vurduğu qol Portuqaliyaya tarixində ilk dəfə Avropa çempionluğunu qazandırıb. 

10 iyul

Avropa çempionatı, final

23:00. Portuqaliya - Fransa - 1:0
Qol: 
Eder, 109 (1:0)
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Sent-Denis. "Stad de France"

 

 



































































































BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ