RU
Portuqaliya finalda!
09:31
1566

Portuqaliya finalda!

“Avro-2016”nın yarımfinal mərhələsinə start verilib.

7News.az-ın məlumatına görə, keçirilən bir oyunla ilk finalçının adı bəlli olub.

Final uğrunda Portuqaliya və Uels milliləri qarşılaşıb.

Kriştiano Ronaldonun kapitan olduğu Portuqaliya millisi buna qədər keçirdiyi beş oyunun heç birində 90 dəqiqədə qalib gələ bilməmişdi. Lakin onlar bu görüşdə 2:0 hesablı qələbə qazanaraq finala vəsiqə qazanıb.

Qeyd edək ki, digər yarımfinal oyunu bu gün  Almaniya və  Fransa milliləri arasında keçiriləcək.



6 iyul

“Avro-2016”,  yarımfinal

23:00. Portuqaliya - Uels - 2:0 
Qol:
 Ronaldo, 49, Nani, 53
Baş hakim: Jonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark
Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson, Markus Strömberqsson (hamısı İsveç)
Lion. Lion stadionu

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ