Portuqaliyanın mərkəz və şimal bölgələrindəki meşələrdə bir neçə gündür güclü yanğın davam edir.
Yanğının yaşayış məntəqələrinə keçməsi səbəbindən ölən və yaralananlar var.
Məlumata görə, fəlakət nəticəsində 35 nəfər ölüb, 56 nəfər yaralanıb. Yaralılardan 16 nəfərin vəziyyəti ağırdır. Ölənlər arasında 1 aylıq körpə də var.
Hazırda yanğın 50-dən çox ərazidə davam edir.
6 mindən çox insan yanğını söndürmək üçün çalışır. İtaliya yardım üçün 2 helikopter göndərib./qafqazinfo
7news.Az





7news.Az








