RU
Portuqaliyada meşə yanğınları: 1400 nəfər təxliyə edilib
13:47
26

Portuqaliyada meşə yanğınları: 1400 nəfər təxliyə edilib


Portuqaliyanın cənubunda baş verən meşə yanğınları səbəbilə 1400 nəfərin ehtiyat tədbiri olaraq təxliyə edildiyi, 6700 hektar ərazinin yandırıldığı açıqlanıb. 

7NEWS.az xəbər verir ki, Portuqaliyada avqustun 5-i şənbə günündən bəri davam edən meşə yanğınlarında ölkənin cənubunda minlərlə hektar meşə sahəsi yanıb, ehtiyat tədbiri olaraq təxminən 1400 adam bölgədən təxliyə edilib. Şənbə günü Odemirada başlayan və artıq 800-dən çox yanğınsöndürən tərəfindən söndürülən yanğın son iki gündə ölkənin turistik bölgələrindən Alqarveyə yayılıb. 6 min 700 hektar ərazinin yandığı bölgədə yüksək temperatur və güclü küləyin yanğının söndürülməsini çətinləşdirdiyi açıqlanıb. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ