Portuqaliyada son 2 ildə artan quraqlıq problemi səbəbindən su elektrik enerjisi istehsalı yarıdan çox azaldığı halda, ölkədə ilk dəfə günəş və küləkdən əldə edilən enerji ümumi enerjinin yarısını keçib.
7NEWS.az xəbər verir ki, Ember beyin mərkəzinin məlumatlarına görə, 2022-ci ilin aprelində Portuqaliyada istehsal olunan enerjinin 36 faizini qarşılayan su elektrik enerjisi 2023-cü ilin eyni dövründə 14-ə düşüb. Su elektrik enerjisinin yarıdan çox azalmasının əsas səbəbi quraqlıq göstərilib. Digər tərəfdən, Portuqaliyada aprel ayında istehsal edilən ümumi enerjinin yüzdə 15,13-ü günəş, yüzdə 35,71-i isə külək enerjisi hesabına təmin edilib.
7NEWS.az








