Portuqaliyalı 6 gənc qlobal istiləşmə ilə mübarizədə istixana qazı emissiyalarını yetərincə azaltmadıqları səbəbilə Türkiyə də daxil olmaqla 32 ölkəni məhkəməyə verib.
7NEWS.az xəbər verir ki, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edən 6 portuqaliyalı gənc Türkiyə də daxil olmaqla 32 ölkəni iqlim dəyişikliyində mənfi rol oynamaqda ittiham edib. Gənclərin bu ölkələrə qarşı iddiası "kifayət qədər lazımi addımların atılmaması” və "istixana qazı emissiyalarının kifayət qədər azaldılmaması”dır.
7NEWS.az








