Portuqaliya millisinin sabiq üzvü Uqu Viana karyerasını bitirib.
7News.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, son olaraq BƏƏ-nin "Əl-Vəsl” klubunda çıxış edən Viana 33 yaşında futbolda gedib.
O, "Sportinq”, "Nyukasl” və "Valensiya”dakı çıxışı ilə tanınıb.
Uqu Viana "Sportin”in heyətində Portuqaliya çempionatının və kubokunun, "Braqa” ilə birgə Portuqaliya Liqa kubokunun qalibi olub. "Əl-Əhli”də isə Viana BƏƏ Liqa kubokunu və ölkə superkubokunu qazanıb.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi Portuqaliya yığmasında 33 oyun keçirib.