Tarixində ilk dəfə olaraq Avropa çempionu olan Portuqaliya yığması artıq ölkəsinə geri dönüb.
Hazırda Portuqaliyanın paytaxtı Lissabonda yerləşən hava limanın qarşısında futbolçuları minlərlə azarkeş gözləyir. Qarşılanma mərasimindən olan videonu təqdim edirik:
Qeyd edək ki, iyunun 10-da futbol üzrə XV Avropa çempionatının final görüşü keçirilib. Həlledici oyunda meydan sahibi Fransa Portuqaliya millisi ilə qarşılaşıb. Oyunun 90 dəqiqəsində hesab açılmayıb.
Oyunda qalibi müəyyən etmək üçün iki 15 dəqiqədən ibarət əlavə vaxt oynanılıb. Matçın 109-cu dəqiqəsində Portuqaliya millisinin heyətində Eder fərqlənib. Onun uzaq məsafədən vurduğu zərbə qarşısıalınmaz olub./azvision
7News.az








