ABŞ-ın yeni prezidenti Donald Tramp və onun məsləhətçiləri maliyyə naziri postuna "JPMorgan Chase” bankının rəhbəri Ceyms Daymonun namizədliyini təklif ediblər.
Digər namizədlərdən biri də bankir, ölkənin maliyyə kampaniyasına nəzarət edən, "Goldman Sachs”da işləmiş Stiven Mnaçindir. Lakin Trampın C. Daymonu vəzifəyə gətirəcəyi iddia olunur.
"JPMorgan Chase” ABŞ-ın ən böyük, dünyanın isə altıncı böyük bankıdır. Bankın aktivlərinin ümumi dəyəri 2,3 trilyon dollardan çoxdur.
Ceyms Daymon 1956-cı ildə Nyu-Yorkda pravoslav ailəsində doğulub. Babası da bankir olub, lakin Yunanıstandan miqrasiya edərkən soyadını dəyişərək Papadimitr qoyub.
Ceyms "Time” jurnalının hər dəfə keçirdiyi sorğularda "Dünyanın 100 ən nüfuzlu insanı” siyahısında yer alıb. O, "JPMorgan Chase”ə 2005-ci ildən rəhbərlik edir./qafqazinfo
7news.Az








