Azərbaycan Premyer Liqasında mövsümün ilk avtoqolu qeydə alınıb.
7News.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, "Qarabağ" - "Neftçi" oyununda qonaqların futbolçusu Jayro Rodriges öz qapısına qol vurub.
Komandasının 0:3 hesabı ilə uduzduğu qarşılaşmada hesabı açan braziliyalıyadək cari mövsümdə avtoqola üzülən olmamışdı. Bu, ölkə çempionatları tarixində "Neftçi"nin futbolçularının 13-cü belə uğursuzluğudur. Yalnız iki komandanın üzvləri daha çox avtoqola üzülüblər. AZAL 18, "Qarabağ" 14 dəfə oyunçularının öz qapısına qol vurması ilə barışıb. Ağdam təmsilçisi 18-ci dəfə rəqib qolunun sevincini yaşayıb. Bu göstəricidə "Qarabağ" hamıdan öndədir. "Neftçi" 16, "Bakı" 15 dəfə belə halla üzləşib.
Ümumilikdə isə Jayronun öz qapısına qol vurması ölkə çempionatları tarixinə 160-cı avtoqol kimi düşüb./milli.az
7News.az








