RU
Prezident Administrasiyasının əməkdaşları Heydər zirvəsində
13:29
1210

Prezident Administrasiyasının əməkdaşları Heydər zirvəsində

Milli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşlarından ibarət heyət hündürlüyü 3751 metr olan Heydər Əliyev zirvəsinə yürüş edib.

Çətinliyi ilə seçilən bu dağ marşrutu Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivindən keçir. Qarlı və çovğunlu, sərt hava şəraitinə baxmayaraq yürüş iştirakçıları əzmkarlıq nümayiş etdirərək uğurla zirvəyə çatıblar. 



Komanda üzvləri Heydər Əliyev zirvəsində Milli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad edib və Azərbaycan Respublikasının Dövlət bayrağını dalğalandırıblar.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ