O, “fırıldaqçılıq” maddəsi ilə ittiham edilir.
Qırğızıstanın prezident administrasiyasının sabiq rəhbəri Daniyar Narımbayev üç illik həbs cəzasına məhkum olunub.
“Narımbayev Bişkekin Pervomaysk məhkəməsi tərəfindən “fırıldaqçılıq” maddəsi ilə təqsirkar bilinib, məhkəmə onun əmlakını müsadirə etmək haqqında qərar qəbul edib”, - məhkəmənin dəftərxanasından bildiriblər.
Qeyd edildiyi kimi iş üzrə ikinci fiqurant Milli məclisin sabiq deputatı Hacımurad Kormazov 1,5 il müddətinə azadlıqdan məhrum edilib, onun da əmlakı müsadirə edilib.
Qeyd edək ki, Narımbəyov Bişkekin həbs edilmiş sabiq meri Nəriman Tüleyevin qohumlarından 100 min dollar rüşvət almasına dair cinayət işinin istintaqı çərçivəsində 2015-ci ilin iyulunda saxlanılıb.
İstintaqın versiyasına görə, ittiham edilən şəxs pul müqabilində sabiq merə dair məhkəmənin müsbət qərar verəcəyini vəd etmişdi./oxu
7news.az








