Azərbaycan prezidenti İlham Əliyev Koreya Respublikasının prezidenti Mun Ce-ini bu ölkənin milli bayramı – Dövlətin Yaranması Günü münasibətilə təbrik edib.
7news.Az-ın xəbərinə görə, təbrik məktubunda deyilir ki, Azərbaycanla Koreya arasındakı münasibətlər dinamik və hərtərəfli inkişaf yolundadır: "İnanıram ki, dostluq əlaqələrimiz, qarşılıqlı surətdə faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək”.
7news.Az








