RU
Prezident beynəlxalq simpoziumla bağlı sərəncam imzaladı
19:45
804

Prezident beynəlxalq simpoziumla bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında sərəncam imzalayıb.

7news.Az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycanın qədim xalçaçılıq sənəti ənənələrinin qorunub yaşadılmasında, gələcək nəsillərə çatdırılmasında, eləcə də geniş miqyasda tanıdılmasında əhəmiyyətini nəzərə alaraq V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində yüksək səviyyədə təşkilinin təmin olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə 2017-ci ilin oktyabr ayında Bakı şəhərində V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun təşkilinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ