İtaliyanın "Latsio" futbol klubunun prezidenti Klaudio Lotito cərimələnib.
Prezidentə 10 min avro məbləğində cərimə kəsilib.
Səbəb isə 62 yaşlı prezidentin hakimlər briqadasını təhqir etməsi olub. Belə ki, o, A Seriyasının XIX turunda "Torino" ilə heç-heçə etdikləri (1:1) oyunun fasiləsində paltardəyişmə otağına girərək hakimləri təhqir edib. Federasiyanın İntizam Komitəsi cərimə ilə yanaşı, Lotitoya xəbərdarlıq da edib.
Qeyd edək ki, 19 turdan sonra "Latsio" 19 xalla 4-cü pillədə qərarlaşıb. "Torino" isə 27 xalla 9-cu yerdədir.
7News.Az








