Prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin işçilərinə "Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
7news.Az-ın məlumatına görə, dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis” fəxri adı verilib:
Əbişov Rəhman Qaçaxan oğlu
İsgəndərov Cümşüd Xələf oğlu
Nağıyev Nəriman Nurəddin oğlu
Bundan başqa prezident İlham Əliyev İlyaz Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə İlyaz Əmrah oğlu Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.








