RU
“Prezident Ermənistanın münaqişə ətrafındakı spekulyasiyasını ifşa etdi”
10:23
6716

“Prezident Ermənistanın münaqişə ətrafındakı spekulyasiyasını ifşa etdi”

Xəbər verdiyimiz kimi, fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasında işgüzar səfərə gedib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində müxtəlif panellər üzrə “dəyirmi masa”larda iştirak edib.

Səfərlə bağlı
 şərh verən ASGA Analitik Təhlil Mərkəzini rəhbəri, icmalçı Azər Verdiyev Münhen konfransının ölkəmiz üçün böyük əhəmiyyətə malik olduğunu deyib: “Bildiyimiz kimi bu konfransda dünyanın bir çox nüfuzlu liderləri, təşkilatlar və onların rəhbərləri iştirak ediblər. Prezident demək olar ki, Konfrans çərçivəsində reallaşan bütün panellərdə iştirak etdi. Bu səfəri bir yox, bir neçə istiqamətdə şərh etmək olar. Əvvəla qeyd edək ki, Prezident Konfrans çərçivəsində Dağlıq Qarabaq münaqişəsi və mövcud problemlərlə bağlı dünya ictimaiyyətinə ciddi çağırışlar etdi. Ermənistanın münaqişə ətrafındakı spekulyasiyasını ifşa etdi. Digər panellərdə isə bugünkü dünya çağırışlarına müvafiq olaraq iqtisadi təkliflər irəli sürdü. Eyni zamanda Prezident ölkəmizdə qeyri neft sektorunun inkişafı ilə bağlı aprılan islahatlardan danışdı. Konfransın əhəmiyyətli tərəflərindən biri də Prezident İlham Əliyevin dünyanın nüfuzlu şəxsləri ilə ikitərəfli görüşlərinin keçirilməsi oldu.” /sia

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ