RU
Prezident Heydər Əliyevin məzarını ziyarət etdi
09:48
537

Prezident Heydər Əliyevin məzarını ziyarət etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Fəxri Xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.

Dövlət başçısı Ulu öndərin məzarı önünə əklil qoyub. 

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra prezident İlham Əliyev akademik Zərifə Əliyevanın, eləcə də görkəmli dövlət xadim Əziz Əliyevin və görkəmli alim Tamerlan Əliyevin məzarlarını ziyarət edib.

Anım günü münasibəti ilə dövlət və hökumət rəsmiləri Ulu öndərin məzarını ziyarət edirlər.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ