RU
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
17:37
498

Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Almaniya Prezidenti Yoaxim Qauka təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Almaniya Federativ Respublikasının milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Almaniya münasibətləri dinamik və hərtərəfli inkişaf yolundadır. İnanıram ki, dostluq əlaqələrimizin genişlənməsi, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi yolunda qarşılıqlı addımlarımız bundan sonra da tərəfdaşlığımızın möhkəmlənməsinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm"

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ