RU
Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir - YENİLƏNİB + FOTO/VİDEO
13:53
336

Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyəyə işgüzar səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmi şəxslər qarşılayıblar.

13:00

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyəyə səfər edəcək.

Bu barədə "Haber Global” məlumat yayıb.

Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vahdettin köşkündə azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək. İki liderin görüşü yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 15:00-da) başlayacaq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ