RU
Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
17:49
436

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti xanımMari-Luiz Koleyro Prekaya təbrik məktubu ünvanlayıb.

7News.az bildirir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və rifah diləyirəm"./AZƏRTAC

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ