RU
Prezident İlham Əliyev Şəkidə yol tikintisinə 12 milyon manat ayırıb
15:13
496

Prezident İlham Əliyev Şəkidə yol tikintisinə 12 milyon manat ayırıb

Prezident İlham Əliyev Şəki rayonunun Qaraməryəm-İsmayıllı-Şəki (134 km)-Şirinbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

7News.Az xəbər verir ki, sərəncamda qeyd edilir ki, üç min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm-İsmayıllı-Şəki (134 km)-Şirinbulaq avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 12 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ