Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzaladı.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilsin."








