RU
Prezident İlham Əliyev və xanımı sərgidə - FOTOLAR
10:36
456

Prezident İlham Əliyev və xanımı sərgidə - FOTOLAR

 

Prezident İlham Əliyev "Baku Expo Mərkəzi"ndə "RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi"ni ziyarət edib.

Dövlət başçısı yerli və xarici şirkətlərin sərgidə nümayiş etdirdiyi layihələrlə yaxından tanış olub.

Qeyd edək ki, sərgidə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, bir sıra xarici dövlətlərin Azərbaycandakı səfirləri, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edir. Sözügedən sərgi beynəlxalq inşaat, daşınmaz əmlak və invesitisiya şirkətlərinə layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli platformadır. Sərgidə Azərbaycan, Tükiyə, BƏƏ, Ukrayna, İspaniya, Portuqaliya, Rusiya, Gürcüstan, Macarıstan, Lüksemburq və Şimali Kipr Türk Respublikası kimi 11 müxtəlif ölkələrdən 100-ə yaxın brent əmlak, tikinti və inşaat şirkətləri sərgiyə qatılıb.

Noyabrın 24-dək davam edəcək sərginin təşkilatçıları Əmlak Məsələləri Dövlət Komitəsi, "ElanExpo” və "Atılım Fuarcılık” şirkətləridir.
 
7News.Az
 





 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ