RU
Prezident İlham Əliyev Uqandaya səfərə dəvət olunub
20:28
168

Prezident İlham Əliyev Uqandaya səfərə dəvət olunub

Azərbaycan Prezidenti İlham Əliyev Uqandaya səfərə dəvət olunub.

7NEWS.Az xəbər verir ki, bu barədə Uqandanın yeni səfiri Muhammad Tezikuba Kisambira noyabrın 22-də etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən məlumat verib.

Səfir Prezident İlham Əliyev üçün uyğun vaxtda Uqandaya səfər etməklə bağlı ölkəsinin rəhbərliyinin dəvətini dövlət başçısına çatdırıb.

O həmçinin vurğulayıb ki, Uqanda rəhbərliyi Azərbaycanın bu ölkəyə investisiya yatırmasında maraqlıdır.

Diplomat deyib ki, Uqanda Afrika qitəsində turizm sahəsində ölkəmizin təmsil olunması işinə töhfə verməyə hazırdır.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ