Prezident İlham Əliyev və Mehriban Əliyeva “Laçın şəhəri günü” bayram şənliklərində iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən "Laçın şəhəri günü” bayram şənliklərində iştirak ediblər.