RU
Prezident iqamətgahında bayraq yerinə qırmızı alt paltarı asdılar -
01:11
833

Prezident iqamətgahında bayraq yerinə qırmızı alt paltarı asdılar -

Polis üç gənci həbs edib.

Çexiyanın paytaxtı Praqada prezidentlərin iqamətgahında ölkə bayrağını çıxardaraq yerinə qırmızı alt paltarı asıblar.

Çexiya polisi hadisəni törədən üç gənci saxlayıb. Gənclər qalmaqallı “Ztohoven” dərnəyinin üzvləridirlər.

Yaradıcı heyət bununla Prezident Miloş Zemana öz mənfi mövqeyini ifadə edib.

Qrupun bəyanatında deyilir ki məhz qırmızı alt paltarı “heç nədən utanmayan insana” müvafiq bayraq ola bilər.

Praqa polisi bildirib ki, Çexiya qanunlarına əsasən, onlar ölkə simvolunu təhqir etdikləri üçün azadlıqdan məhrum ediləcəklər.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ