RU
Prezident “Kaspersky Lab” şirkətinin direktoru ilə müzakirələr aparıb
20:37
242

Prezident “Kaspersky Lab” şirkətinin direktoru ilə müzakirələr aparıb

Əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.

Fevralın 12-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kaspersky Lab” şirkətinin sahibi və icraçı direktoru Yevgeni Kasperski ilə görüşü olub.

Görüşdə “Kaspersky Lab” şirkətinin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığından məmnunluq ifadə olundu. Əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi.

Kibercinayətkarlığa qarşı mübarizə sahəsində və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ