RU
Prezident Mahir Məmmədovu təbrik etdi
16:24
726

Prezident Mahir Məmmədovu təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti cənab Mahir Məmmədovu təbrik edir.

Təbrikdə deyilir:

"Hörmətli Mahir Ələsgəroviç,

 

Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Həmvətənimizin belə məsul vəzifəyə seçilməsi Azərbaycanda şahmatın inkişafına və şahmatçılarımızın beynəlxalq miqyasda nailiyyətlərinə verilən yüksək qiyməti bariz şəkildə əks etdirir.

Qarşıdakı işinizdə Sizə uğurlar arzulayıram".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ