RU
Prezident Məşvərət Şurasının iclasında
11:23
1156

Prezident Məşvərət Şurasının iclasında

Bu gün Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclası keçirilir.

7News.Az xəbər verir ki, toplantıda prezident İlham Əliyev də iştirak edir.

Toplantıya Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan, Xorvatiya, Serbiya, Monteneqronun enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın yüksək vəzifəli şəxsləri, habelə Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin və beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri qatılıb.

İclas üç plenar sessiya və dəyirmi masadan ibarət olacaq.

Tədbirin yekununda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamə imzalanacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ