Filippin prezidenti Rodriqo Duterte narkoticarətlə məşğul olanlarla mübarizəyə ordu bölmələrini cəlb etmək üçün sərəncam imzalayacaq.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident bəyanat verib. Onun sözlərinə görə, narkotiklərin yayılması problemi artıq milli təhlükəyə çevrilib. Hərbi vəziyyətin tətbiq olunmasına ehtiyac olmasa da, hərbçilərin yardımından istifadə olunacaq.
Qeyd edək ki, daha əvvəl Filippin hökuməti sui-istifadə halları faktının aşkarlanmasından sonra bütün narkopolis bölmələrinin yenidən formalaşdırılacağını elan etmişdi.








