Fondun gəlirləri 2 milyard manatdan çox azaldılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanına əsasən Neft Fondunun xərcləri 30% artırılıb.
7news.Az xəbər verir ki, Fondun 2016-cı il üçün gəlirləri 2 milyard 133 milyon 89,5 min manat, yaxud 46,6% azaldılaraq 4 milyard 578 milyon 474,6 manata salınıb.
Bundan başqa, Fərmana əsasən, fondun xərcləri isə əksinə olaraq 2 milyard 487 milyon 534 min manat və ya 30,41% artırılaraq 10 milyard 668 milyon 933,7 manata çatdırılıb.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti Dövlət Neft Fondunun büdcəsində dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb.
7news.Az








